...

"Barselona" Çempionlar liqasının ingilis finalına "veto" qoydu

Cəmiyyət Materials 7 May 2009 01:53 (UTC +04:00)
"Barselona" Çempionlar liqasının ingilis finalına "veto" qoydu

Azərbaycan, Bakı, 7 may / Trend / Londonda UEFA Çempionlar liqasının "Çelsi" ilə "Barselona" arasında keçirilən yarımfinal oyunu başa çatıb. Oyunun əvvəlində Essyen gözəl zərbə ilə komandasını irəli çıxarsa da, bu qol ingilislərin imdadına çatmayıb.

Bu gecə "fortuna" ispanların üzünə gülüb. Əlavə olunmuş vaxtda İnyestanın vurduğu qol Hiddinqin yetirmələrinin finala arzusunu yox edib.

Matç 1:1 hesabı ilə bitib.

İki görüşün nəticəsinə görə, "Barselona" finala vəsiqə qazanıb. Mayın 27-də Romada ispanlar "Mançester Yunayted"lə üz-üzə gələcəklər.

Xəbər lenti

Xəbər lenti