...

Azərbaycanda dini radikal birləşmənin üzvlərinə prokuror iş istəyib

Cəmiyyət Materials 19 May 2009 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir, K. Zərbalıyeva /

Azərbaycanda dini radikal qruplaşmanın rəhbərinə, Azərbaycan Ordusunun keçmiş zabitinin rəhbərlik etdiyi dəstə üzvlərinə prokuror iş istəyib.

Trend -un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəməsində keçirilən prosesdə çıxış edən prokuror dəstə başçısı Kamran Əsədov və digərlərinə qarşı elan olunan ittihamların sübuta yetirildiyini bildirib.

Dövlət ittihamçısı Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Kamran Babayev, Elşən Məmmədov, Vüqar Əliyev, Samir Mehrəliyevin hər birinə 15, İlkin İsmayılova 18, Tərlan Kərimov, Ramil Kərimov, Yaşar Məhərrəmov, Rövşən Əbdüləliyevin hər birinə 13 il, Şirvani Babayev, Samir Əliyev, Orxan Əlizadə, Ramin Cəlilov, Azər İbadovun hər birinə 12, Edqar Əliyev və Hacıbala Hüseynova 7, Şəhriyar Məhərrəmova isə 2 il 6 ay azadlıqdan məhrumetmə cəzasının verilməsini məhkəmədən xahiş edib.

Proses mayın 21-də vəkillərin çıxışı ilə davam edəcək.

Adıçəkilən şəxslər dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı "LUKoyl" yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti