...

MDU-nun Bakı filialı 2009/2010-cu tədris ili üçün tələbə qəbulu elan edib

Cəmiyyət Materials 21 May 2009 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir C. Babayeva /

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 2009/2010-cu tədris ili üçün filologiya (25 yer), tətbiqi riyaziyyat (25 yer), kimya (25 yer) ixtisasları üzrə bakalavr pilləsinə tələbə qəbulu elan edir. Daha 25 yer yeni yaradılmış psixologiya fakultəsinə ayrılıb.

zərbaycan Prezidenti 2008-ci il 15 yanvar tarixində Bakıda Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması haqqında sərəncam imzalayıb.

Tədris fəaliyyyəti MDU-nun tədris planı və proqramına əsaslanır. Dərslər, əsasən Moskva Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən aparılır, filialın məzunlarına MDU-nun diplomları veriləcək.

MDU-nun yaratdığı Qəbul Komissiyası tərəfindən aparılan sınaqlarda yalnız TQDK-nın keçirdiyi test imtahanlarında 400 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər.

Filologiya və psixologiya fakultələrində təhsil almaq istəyən şəxslər şifahi və yazılı, riyaziyyat və kimya fakultələrində iştirak etmək istəyənlər isə yalnız yazılı sınaqlardan keçməlidirlər.

Orta məktəbin Azərbaycan bölməsini rus dili fənni üzrə"əla" qiymətlə bitirən və 400 artıq bal toplayan abituriyentlər də qəbul sınaqlarında iştirak edə bilərlər.

MDU-nun Bakı filialı üzrə qəbul sınaqlarında iştirak etmək istəyənlər attestat, səkkiz şəkil (3x4), toplanılan ballar haqqında TQDK-nın arayışını və şəxsiyyət vəsiqəsini Qəbul Komissiyasına təqdim etməlidirlər.

Sənədlər MDU-nun Bakı filialında sənəd qəbulu üzrə komisssiyaya iyunun 8-dən 23-dək təqdim edilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti