...

Azərbaycanda havanın çirklənməsinin qarşısını almaq üçün Milli Proqram hazırlanır – nazir

Cəmiyyət Materials 5 İyun 2009 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir C.Babayeva /  

Azərbaycanda havanın çirklənməsinin qarşısını almaq üçün Milli Proqram hazırlanır.

"Azərbaycanda havanın çirklənməsi 90-cı illərə nisbətən iki dəfə azalıb. Lakin ölkənin böyük şəhərlərində havanın çirklənməsi problemi var və bunun da əsas səbəbi sənaye yox, köhnə avtomobillərin istifadəsidir. Köhnə avtomobillərin Azərbaycana gətirilməsinə qadağa qoyulması və "Avro-3", "Avro-4", "Avro-5" yanacağının istehsalına keçmə məsələsi ilə bağlı bir sıra nazirliklərlə müzakirələr aparılır", - Trend -un məlumatına görə, cümə günü jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Trend - un arayışı: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifləri qəbul olunarsa, inkişaf etmiş ölkələrdən 5, Rusiyadan, eləcə də digər MDB ölkələrindən 3 ildən çox istismar olunan avtomobillərin ölkəyə gətirilməsi qadağan ediləcək. Hökumət bu yolla ölkədə köhnə avtomobillərin sayını azaltmağa çalışır. Ekoloqların fikrincə, Azərbaycanda atmosferi ən çox köhnə avtomobillər çirkləndirir. Nazirliyin hazırladığı "Avtomobillərdən atmosferə atılmanın texniki normativlərinin Avropa standartlarına uyğunlaşdırılması üzrə tədbirlər planı" artıq hökumətə təqdim olunub. Havanın çirklənməsində avtomobillərin rolu 40-50 faiz təşkil edir. Sovet dövründə və sonrakı illərdə Rusiya istehsalı olan bəzi avtomaşınların atmosferi daha çox çirkləndirdiyi artıq təsdiq olunub. Ölkəmizdə avtomaşınlardan tullantılara nəzarət normativlərinin Sovet dövrünə aid olması da problemin həllinə mane olur. Hökumətin qarşısında duran məsələ yeni standartlara -"Avro- 2", "Avro-3"-ə keçiddir.

Layihədə ölkəmizin "Avro-2"yə keçidi 2010-cu ilə nəzərdə tutulub. Lakin planda, həmin vaxtadək daxildə istehsal olunan dizel yanacağının standartlara cavab verməyəcəyi də nəzərə alınıb. "Avro-3"-ə keçid 2012-ci ildə baş tutmalıdır. İndi Avropa ölkələri "Avro-5"-ə keçməyə hazırlaşır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti