...

Azərbaycanın Səhiyyə Nazirliyi ölkədə tibb xidmətinin yüksəldilməsi üçün təkliflər hazırlayıb

Cəmiyyət Materials 17 İyun 2009 16:37 (UTC +04:00)
Azərbaycanın Səhiyyə Nazirliyi ölkədə tibb xidmətinin yüksəldilməsi üçün təkliflər hazırlayıb

Azərbaycan, Bakı, 17 iyun / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın Səhiyyə Nazirliyi tibb işçilərinin ixtisas keyfiyyətini yüksəltmək üçün təkliflər hazırlayıb, çərşənbə günü səhiyyə naziri Oqtay Şirəliyev bildirib. Onun sözlərinə görə, Nazirlər Kabineti artıq təklifləri Prezident Administrasiyasına təqdim edib və onların təsdiq edilməsi gözlənilir.

"Təkliflər digər inkişaf etmiş ölkələrdə olduğu kimi, hər 5 ildən bir məcburi attestasiyanın keçirilməsini nəzərdə tutur", - Şirəliyev deyib.

Attestasiyadan keçdikdən sonra həkimlərə tibb fəaliyyətinin effektiv davam etdirilməsi üçün xüsusi sertifikatlar veriləcək. Nazir, həmçinin bəyan edib ki, ölkə Prezidentinin göstərişinə əsasən, bu məqsədlər üçün vəsait ayrılır və hər il 50-yə yaxın həkim səhiyyənin daha inkişaf etdiyi ölkələrə ixtisasartırma üçün göndəriləcək.

"Bütün bu tədbirlər ölkədə tibb xidmətinin keyfiyyətinin yaxşılaşdırılması üçün görülür", - Şirəliyev deyib.

Ölkə regionlarında ixtisaslı həkimlərin çatışmaması məsələsinə gəldikdə, nazir bildirib ki, bir neçə il ərzində aktual olan bu problem demək olar ki, həll olunub. Hər il 65-70 və daha artıq tibb ali təhsil müəssisələrinin tələbələri baza internaturanın əldə edilməsi və gələcək fəaliyyətin davam etdirilməsi üçün ölkə regionlarına təcrübəyə göndərilirlər.

Azərbaycan regionlarında ciddi məsuliyyət tələb edən tibb müəssisələri və diaqnostika mərkəzləri mövcuddur və həkimlər orada öz fəaliyyətini peşəkar olaraq davam etdirə bilərlər.

Onun sözlərinə görə, Azərbaycanda tibbin keyfiyyətinin yaxşılaşdırılması üçün nazirlik "Təhsil haqqında" yeni qanuna dair öz təkliflərini hazırlayıb, belə ki, bu təkliflərə əsasən ölkədə tibb təhsili ikipilləli olacaq: birinci əsas təhsil, ikinci xüsusi təcrübə.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti