...

Azərbaycanda Nigeriya vətəndaşlarının məhkəməsi başlayıb

Cəmiyyət Materials 23 İyul 2009 16:52 (UTC +04:00)
Bakıda narkotik alveri ilə məşğul olan Nigeriya vətəndaşlarının məhkəməsi başlayıb.
Azərbaycanda Nigeriya vətəndaşlarının məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir H.Bağırov /

Bakıda narkotik alveri ilə məşğul olan Nigeriya vətəndaşlarının məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, Nigeriya vətəndaşları - Ojuederiyev Ceyms Ogeneruem, Ogbonna Sabastin Okeçunku, Okvara Fillip Namdi, Peter Onajite Miçael, Davies Olluvasegun İsala və Nduka Valentindən 16 kiloqram narkotik vasitə olan heroin götürülüb. Onlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Məhkəmə prosesində dövlət ittihamçısı Azər Osmanov ittiham aktını elan edib.

Dəstə üzvü Ojuederiyev Ceyms ifadə verib və özünü qismən təqsirli bilib.

Digər təqsirləndirilənlər isə özlərini elan olunan ittiham üzrə təqsirli biliblər.

Məqalə muəllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti