Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir C.Babayeva /
Gürcüstanın azərbaycanlı gəncləri bu ilin oktyabrında qurultay keçirəcəklər.
"Qurultay Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunacaq", - jurnalistlərə çərşənbə günü Bakıda, "Qeyrət" xalq hərəkatının sədri Əlibala Əsgərov məlumat verib.
"Son zamanlar sosial problemlər və işsizlik üzündən Gürcüstanı 60 minə yaxın azərbaycanlı tərk edib", - Əsgərov bildirib.
"Onların çoxu Azərbaycan və Türkiyədə məskunlaşıb. Azərbaycan hökuməti yeni iş yerlərinin açılması üçün Gürcüstanın azərbaycanlılar yaşayan regionlarına vəsait qoymalıdır", - o deyib.
"Yaxınlarda azərbaycanlıların Dövlət Komitəsi ilə birlikdə qurultayının keçirilməsi planlaşdırılır", - Əsgərov bildirib. "Gürcüstan azərbaycanlılarının ümumrespublika qurultayının keçirilməsinə ehtiyac yaranıb", - hərəkatın sədri qeyd edib.
Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda - əsasən Kvemo Kartli (Borçalı) rayonunda - təxminən 500 min azərbaycanlı yaşayır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]