...

Azərbaycanın futbol üzrə milli yığmasının müdafiəçisi komandasının Finlandiya ilə oyununda qələbə qazanacağına inanır

Cəmiyyət Materials 3 Sentyabr 2009 11:22 (UTC +04:00)
"Azərbaycan millisi Finladiya ilə yaxşı oynayır. İki komanda arasında keçirilən biur neçə görüş zamanı, hətta Azərbaycan millisi bir dəfə qələbə qazanmağa nail olub", - çərşənbə günü Lənkəran mərkəzi standionda məşqdən sonra Trend News-a Azərbaycan millisinin müdafiəçisi Saşa Yunusoğlu deyib.
Azərbaycanın futbol üzrə milli yığmasının müdafiəçisi komandasının Finlandiya ilə oyununda qələbə qazanacağına inanır

Azərbaycan, Lənkəranı, 03 sentyabr / Trend , müxbir P.Əliyeva /

Azərbaycanın futbol üzrə milli yığmasının müdafiəçisi komandasının Finlandiya ilə DÇ-2010-un seçmə mərhələsi çərçivəsində oyununda qələbə qazanacağına inanır.

"Azərbaycan millisi Finladiya ilə yaxşı oynayır. İki komanda arasında keçirilən biur neçə görüş zamanı, hətta Azərbaycan millisi bir dəfə qələbə qazanmağa nail olub", - сümə axşamı Lənkəran mərkəzi standionda məşqdən sonra Trend -a Azərbaycan millisinin müdafiəçisi Saşa Yunusoğlu deyib.

DÇ-2010-un seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Lənkəran şəhər stadionunda millimizlə qarşılaşacaq Finlandiya yığması Azərbaycana sabah gələcək. Azərbaycan yığması keçirdiyi qrup mərhələsində cəmi bir xal toplayıb.

Yunusoğlu deyib ki, Azərbaycan yığması oyuna qələbə qazanmaq üçün çıxacaq. Millinin kapitanı Rəşad Sadıqovun oynaya bilməməsinin yığmada çətinlik yaradacağını deyən müdafiəçi digər futbolçuların onun mövqeyində yaxşı oynamağa çalışacaqlarını deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti