...

Suriya, İraq və Türkiyə XİN rəhbərləri Ankarada görüşəcəklər

Cəmiyyət Materials 15 Sentyabr 2009 13:49 (UTC +04:00)
Türkiyə paytaxtında Bağdad və Dəməşq arasında ziddiyyətin həll edilməsi üzrə Türkiyə, Suriya və İraq xarici işlərinin iştirakı ilə danışıqların növbəti mərhələsi keçiriləcək, BBC Arabic saytı məlumat verir.
Suriya, İraq və Türkiyə XİN rəhbərləri Ankarada görüşəcəklər

Türkiyə paytaxtında Bağdad və Dəməşq arasında ziddiyyətin həll edilməsi üzrə Türkiyə, Suriya və İraq xarici işlərinin iştirakı ilə danışıqların növbəti mərhələsi keçiriləcək, BBC Arabic saytı məlumat verir.

Çərşənbə axşamı İraqın xüsusi nümayəndə heyəti nazirlərin görüşünə hazırlıq məqsədilə Türkiyənin vasitəçiliyi ilə suriyalı həmkarları ilə görüşmək üçün Ankaraya gəlib.

Türkiyə mübahisənin həllində əsas danışıq aparan tərəfdir. Mübahisə İraqın Suriya hökumətini Bağdadda baş vermiş və 100-ə yaxın insanın ölümünə səbəb olan iki güclü terror aktının təşkilatçılarını gizlətməkdə ittiham etməsindən sonra yaranıb. İki ölkə diplomatik nümayəndələrini geri çağırıb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bir müddət öncə iki ərəb ölkəsi arasında münaqişəsini həlli üçün Bağdad və Dəməşqdə danışıqlar aparıb.

İraq həmçinin BMT-dən bu terror aktlarının araşdırılması üçün beynəlxalq məhkəmə yaradılmasını və Suriyadan terror aktlarının təşkilatçılarının verilməsini istəməyi tələb edib.

Ərəb Dövlətləri Liqası (ƏDL) da problemin həllində vasitəçi olmağa təşəbbüs göstərib. Keçən həftə İraqın xarici işlər naziri Hoşyar Zəbari, onun suriyalı həmkarı Valid Muallem, ƏDL-in baş katibi Əmr Musa və danışıqlarda müşahidəçi kimi çıxış edən Türkiyə xarici işlər naziri Davudoğludan ibarət dördlük təşkil edilib.

Çərşənbə günü Suriya Prezidenti Bəşər əl-Əsədin Türkiyəyə səfər edəcəyi gözlənilir. Əsəd orada həmkarı Abdullah Güllə Yaxın Şərqdə sülh prosesi və İraq-Suriya ziddiyyətini müzakirə edəcək, Anadolu agentliyi Suriyanın Türkiyədəki səfiri Nidal Kabalana istinadən məlumat verib.

Xəbər lenti

Xəbər lenti