Azərbaycan, Bakı, 24 sentyabr / Trend , muxbir H.Bağırov /
Azərbaycan məhkəməsi çavuşu öldürən əsgəri cəzalandırıb.
Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə çavuş Nicat Rüstəmovu odlu silahla qətlə yetirən Rövşən Qasımov 13 il müddətinə azadlıqdan məhrum edilib.
İmişli rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin Xızı rayonundakı N saylı hərbi hissəsində xidmət edən Qasımov bu ilin mayında aralarındakı mübahisə zamanı Rüstəmovu xidməti silahı ilə öldürüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]