...

Azərbaycanda din xadimlərinin yenidən attestasiyası başlanacaq - QMİ sədrinin müavini

Cəmiyyət Materials 30 Oktyabr 2009 13:32 (UTC +04:00)
"Attestasiyada dini bilikləri, təcrübəsi və dini savadı olan kadrlara üstünlük veriləcək", - cümə günü Trend News-a QMİ sədrinin müavini, müfti Hacı Salman Musayev bildirib.
Azərbaycanda din xadimlərinin yenidən attestasiyası başlanacaq - QMİ sədrinin müavini

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir R.Hafizoğlu/

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandakı din xadimlərinin yenidən attestasiyasının aparılacağını bildirib.

"Attestasiyada dini bilikləri, təcrübəsi və dini savadı olan kadrlara üstünlük veriləcək", - cümə günü Trend -a QMİ sədrinin müavini, müfti Hacı Salman Musayev bildirib.

Din xadimlərinin attestasiyası yeni məsələ deyil, daha öncə də aparılıb. Sadəcə, Parlamentdə "Dini etiqad azadlığı" haqqında qanuna əlavə və dəyişikliklərdən sonra dini icmalar yenidən qeydiyyatdan keçir.

Musayevin sözlərinə görə, qeydiyyat prosesi sona çatdıqdan sonra icmalara təyin olunacaq din xadimlərinin attestasiyasına yenidən başlanacaq.

"Bu gün problemli məsələlərdən biri də Quranı doğru şəkildə oxuya bilməyən din xadimlərinin olmasıdır. Bu kimi halların olması isə ictimai qınağın artmasına gətirib çıxarır", - deyə müfti bildirib.

Musayev deyib ki, xarici ölkələrdə dini təhsil alan tələbələrin qeyri-ənənəvi dini cərəyanların təsirinə düşmələrin qarşısını almaq üçün QMİ tərəfindən tədbirlər görülür və bundan sonra da bu kimi tədbirlərin görülməsi davam edəcək.

"Biz xaricdə təhsil alanlara deyil, İslam Universitetinin məzunlarına üstünlük verməliyik. Çünki İslam Universiteti məzun etdiyi din xadimlərini vətənpərvər ruhda yetişdirir", - Musayev əlavə edib.

Onun sözlərinə görə, QMİ-nin xətti ilə xarici ölkələrdə dini təhsil alan tələblərin olmasına baxmayaraq, qeyri-leqal yollarla da xarici ölkələrdə dini təhsil alan Azərbaycan vətəndaşları var.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti