...

Azərbaycanın Ekologiya Nazirliyi Kür və Araz çaylarının çirklənmə səviyyəsinin monitorinqini keçirib

Cəmiyyət Materials 4 Noyabr 2009 11:24 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabrın son ongünlüyündə Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsinin növbəti monitorinqini keçirib, bu barədə çərşənbə günü Trend News-a idarənin mətbuat xidmətindən bildirilib.
Azərbaycanın Ekologiya Nazirliyi Kür və Araz çaylarının çirklənmə səviyyəsinin monitorinqini keçirib

Azərbaycan, Bakı, 04 noyabr / Trend , müxbir M.Əliyev /

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabrın son ongünlüyündə Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsinin növbəti monitorinqini keçirib, bu barədə çərşənbə günü Trend -a idarənin mətbuat xidmətindən bildirilib.

Bütün məntəqələrdə suyun oksigen rejimi 5,46-6,70 milliqram/litr səviyyəsində qalıb və sanitar normalar səviyyəsində dəyişib.

Oktyabrın son on günlüyündə ikinci on günlük ilə müqayisədə Kür çayında çirklənmə saniyədə 41 kubmetr azalaraq saniyədə 146 kubmetr təşkil edib. Monitorinqin nəticələrinə əsasən, çayın Gürcüstan və Ermənistan ərazilərində transsərhəd çirklənməyə məruz qaldığı məntəqələrdə suyun tərkibində spesifik çirkələndirici olan fenol qatışığı və mis birləşmələrinin normanı keçməsi, həmçinin biogen cisimlərin sayının dəfələrlə artması qeydə alınıb.

Araz çayında suyun sərf edilməsi saniyədə 95,8 kubmetr təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti