...

Azərbaycanın mövqeyi İslam ölkələri arasında körpü rolunu oynamasına imkan verir - İranın Məzhəblərarası Yaxınlaşma Komitəsinin rəhbəri

Cəmiyyət Materials 6 Noyabr 2009 13:31 (UTC +04:00)
Azərbaycanın hazırkı mövqeyi imkan verir ki, bu ölkə Qafqaz regionu və Orta Asiya ölkələrinin İslam dünya ölkələri arasında körpü rolunu oynasın, Trend News-un məlumatına görə, bunu cümə günü İranın Azərbaycandakı Mədəniyyət Mərkəzində keçirdiyi mətbuat konfransında İran İslam Respublikası Məzhəblərarası Yaxınlaşma Komitəsinin rəhbəri Şeyx Məhəmməd Əli Təsxiri bildirib.
Azərbaycanın mövqeyi İslam ölkələri arasında körpü rolunu oynamasına imkan verir - İranın Məzhəblərarası Yaxınlaşma Komitəsinin rəhbəri

Azərbaycan, Bakı, 6 noyabr / Trend , müxbir T.Cəfərov/

Azərbaycanın hazırkı mövqeyi imkan verir ki, bu ölkə Qafqaz regionu və Orta Asiya ölkələrinin İslam ölkələri arasında körpü rolunu oynasın, Trend -un məlumatına görə, bunu cümə günü İranın Azərbaycandakı Mədəniyyət Mərkəzində keçirdiyi mətbuat konfransında İran İslam Respublikası Məzhəblərarası Yaxınlaşma Komitəsinin rəhbəri Şeyx Məhəmməd Əli Təsxiri bildirib.

"Azərbaycanın tarixi bunu bizə deməyə əsas verir. Azərbaycan İslam dünyasına çoxlu töhfələr, o cümlədən dini alimlər bəxş edib. Bu cür konfransların Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət kəsb edir", - Təsxiri deyib.

Təsxirinin fikrincə, Azərbaycan İslam dünyasında təsiredici rola malikdir.

"İslam ölkələri arasında Azərbaycanın nüfuzu artarsa, bu, bütün İslam dünyasının xeyrinə olacaq. Biz həm islam dini daxilində məzhəblər arasında dialoq aparmalıyıq və həm də qeyri-islam dinlər arasında dialoq təşkil etməliyik. Müsəlmanların vəzifəsidir ki, özlərini dünya mədəniyyətindən təcrid etməsinlər", - İranın dini xadimi əlavə edib.

Onun fikrincə, müsəlmanlar və İslam mədəniyyəti ilə dünya mədəniyyəti arasında çoxlu müştərəklik var.

"Dünyanın ictimai ədalət, dünya sülh şəraiti, təhlükəsizlik məsələləri, insan haqları, ailənin cəmiyyətdəki rolu, dünyada baş verən müharibələr. Bu adı çəkilən məsələlərdə islam dünyası digər dinlərin nümayəndələri ilə müzakirələr aparmalıdır və bu problemlərin həllində öz rolunu əsirgəməməlidir", - Təsxiri bildirib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti