...

Azərbaycanlı deputat Qənirə Paşayeva və Azər Turanın müəllifi olduğu "Əli bəy Hüseynzadə Turan" adlı kitabının təqdimatı olub

Cəmiyyət Materials 10 Noyabr 2009 13:35 (UTC +04:00)
"Bu kitabın yazılması ideyası Əli bəy Hüseynzadənin yeganə varisi olan qızı Feyzavər Alpsarla görüşdə yaranıb və kitabın yazılmasında Feyzavər Alpsar Azər Turanı məsləhət görüb", - təqdimat mərasimində çıxışı zamanı müəllifin özü Paşayeva bildirib.
Azərbaycanlı deputat Qənirə Paşayeva və Azər Turanın müəllifi olduğu "Əli bəy Hüseynzadə Turan" adlı kitabının təqdimatı olub

Azərbaycan, Bakı, 10 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin deputatı Qənirə Paşayeva və Azər Turanın müəllifi olduğu "Əli bəy Hüseynzadə Turan" adlı kitabının bu gün təqdimatı olub.

"Bu kitabın yazılması ideyası Əli bəy Hüseynzadənin yeganə varisi olan qızı Feyzavər Alpsarla görüşdə yaranıb və kitabın yazılmasında Feyzavər Alpsar Azər Turanı məsləhət görüb", - təqdimat mərasimində çıxışı zamanı müəllifin özü Paşayeva bildirib.

Deputatın sözlərinə görə, Feyzavər Alpsarın danışdıqları video lentdə qeydə alınıb. Yaxın zamanlarda İTV ilə birgə sənədli filmin hazırlığı da başa çatacaq.

Paşayeva həmçinin bildirib ki, noyabr 13-14-də Feyzavər Alpsarın iştirakı ilə Türkiyədə Əli bəy Hüseynzadəyə həsr olunmuş kitabın təqdimatı keçiriləcək.

"Feyzavər xanım Əli bəy Hüseynzadənin əsərlərinin bir hissəsini Azərbaycana bəxş etməyə hazır olduğunu bildirib, inanırıq ki, yaxında Əli bəy Hüseynzadənin əsərlərinin sərgisini Azərbaycanda görə biləcəyik. Bu gün Azərbaycan bayrağına baxırıqsa, Əli bəy Hüseynzadəni xatırlamalıyıq, çünki o bayrağın simvollarının müəllifi Əli bəy Hüseynzadə olub, onun türkləşmək, islamlaşmaq, müasirləşmək ideyası bayraqda əks olunub", - deputat əlavə edib.

Paşayevanın fikrincə, Əli bəy Hüseynzadə Azərbaycanda milli düşüncənin formalaşmasında, millətimizin mədəniyyətə, təhsilə yönəlməsində misilsiz xidmətlərin müəllifidir.

"Əli bəy Hüseynzadə mətbuat azadlığı düşüncəsinin təməllərini qoyanlardan biridir. Onun "Füyzat" dərgisinin mətbuat azadlığı düşüncəsinin formalaşmasında möhtəşəm rolu var", - kitabın müəllifi deyib.

Deputat qeyd edib ki, bu kitab gənc nəsil üçün yaradılıb və əsas fikir odur, gənc nəslin sağlam mənəviyyat, ideya, düşüncə ilə gələcəyə doğru getməsində Əli bəy Hüseynzadənin oxunması lazımdır.

Kitabın digər müəllifi Azər Turan isə deyib ki, bu kitab pərdə arxasındakı adam haqqında yazılıb, çünki o, ön plana daima türkçülük ideyasını çıxarıb.

Filoloq Nizami Xudiyev isə Əli bəy Hüseynzadənin tam müxtəlif sahələr üzrə həm Rusiyada, həm Türkiyədə təhsil aldığını deyib, onun dəri zöhrəvi, vəba xəstəlikləri üzrə doktorluq işinin olmasını da xatırladıb.

Deputat, filoloq Nizami Cəfərov çıxışında qeyd edib ki, kitabın maraqlı cəhəti onun yazılmasında Əli bəy Hüseynzadənin qızının məsləhətçi kimi çıxış etməsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti