...

Heydər Əliyev Fondu tərəfindən Avropa Parlamentində ilk dəfə Azərbaycan Mədəniyyəti Günləri keçirilib - FOTO

Cəmiyyət Materials 13 Noyabr 2009 13:38 (UTC +04:00)
Heydər Əliyev Fondu Avropa Parlamentində ilk dəfə Azərbaycan Mədəniyyəti Günləri keçirib.
Heydər Əliyev Fondu tərəfindən Avropa Parlamentində ilk dəfə Azərbaycan Mədəniyyəti Günləri keçirilib - FOTO

Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir M.Əliyev/

Heydər Əliyev Fondu Avropa Parlamentində ilk dəfə Azərbaycan Mədəniyyəti Günləri keçirib.

Heydər Əliyev Fondu tərəfindən 9-13 noyabr tarixlərində Brüsseldə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan rəssamlarının əsərləri, etnoqrafik miniatürlər, qədim tətbiqi sənət və xalçaçılıq ənənələrini əks etdirən eksponatlar və Heydər Əliyev Fondunun nəşrlərindən ibarət geniş ekspozisiya sərgilənib, bu barədə Trend -a fonddan bildirilib.

Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə konsert keçirilib, milli mətbəximizin geniş çeşidli yeməklərinin təqdim edildiyi ziyafət təşkil olunub.

Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimində Avropa Parlamentinin vitse-prezidenti Libor Ruçek və Azərbaycanın Belçikadakı səfiri, Avropa İttifaqı yanında nümayəndəsi Emin Eyyubov çıxış edib.

Səfir Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müraciətini mərasim iştirakçılarına çatdırıb. Müraciətdə Avropa Parlamentində belə bir tədbirin təşkili Qərb və Şərq sivilizasiyalarının kəsiyində yerləşən qədim Azərbaycanın mədəniyyətinə xoş niyyət və həqiqi marağın göstəricisi kimi qiymətləndirilib.

Konsert zamanı qonaqların diqqətinə gənc muğam ifaçılarının, caz trionun və "Bakı ulduzları" rəqs qrupunun ifasında Azərbaycan musiqisi inciləri və rəqs nömrələri təqdim olunub.

Avropa Parlamentində keçirilən Azərbaycan Mədəniyyəti Günləri tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti