...

"Aqo" qrupu Azərbaycanda insan hüquqlarının təminatı ilə bağlı vəziyyəti öyrənir

Cəmiyyət Materials 24 Noyabr 2009 14:20 (UTC +04:00)
Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" monitorinq qrupu ilə Azərbaycanın hüquq müdafiəçiləri və vəkilləri arasında çərşənbə axşamı keçirilən görüşdə Azərbaycanda insan hüquqları və bəzi məhkəmələrin qərarları müzakirə olunub. Bu barədə hüqüq müdafiəçisi Elçin Behbudov Trend News-a deyib.
"Aqo" qrupu Azərbaycanda insan hüquqlarının təminatı ilə bağlı vəziyyəti öyrənir

Azərbaycan, Bakı, 24 noyabr / Trend , müxbir K.Zərbəliyeva/

Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" monitorinq qrupu ilə Azərbaycanın hüquq müdafiəçiləri və vəkilləri arasında çərşənbə axşamı keçirilən görüşdə Azərbaycanda insan hüquqları və bəzi məhkəmələrin qərarları müzakirə olunub. Bu barədə hüqüq müdafiəçisi Elçin Behbudov Trend -a deyib.

Onun sözlərinə görə, görüşdə həmçinin söz və mətbuat azadlığının vəziyyətinə dair, həbsdə olan jurnalistlər, o cümlədən yeni həbs olunmuş gənc fəalların məsələsinə dair fikir mübadiləsi aparılıb.

"Aqo qrupunun üzvləri bildirdilər ki, hökümət nümayəndələri ilə görüşdə bu məsələlər müzakirə olunacaq", - hüquq müdafiəçisi deyib.

Görüşdə həmçinin hüquq müdafiəçiləri Leyla Yunis, Arzu Abdullayeva, Eldar Zeynalov, vəkillər Aslan İsmayılov, Fuad Ağayev, İradə Cəfərova, müxalifət nümayəndəsi İqbal Ağazadə iştirak edib.

"Aqo" qrupu noyabrın 23-dən Bakıda səfərdədir.

Xəbər lenti

Xəbər lenti