...

Türkmənistanın Azərbaycandakı səfirliyi KİV-in Yeni il münasibətilə bayram şənliklərinin keçirilməsinə qadağa qoyulması barədə məlumatını təkzib edir

Cəmiyyət Materials 30 Dekabr 2009 15:11 (UTC +04:00)
Türkmənistanın Azərbaycandakı səfirliyi KİV-in Yeni il münasibətilə restoranlarda bayram şənliklərinin keçirilməsinə qadağa qoyulması barədə məlumatını təkzib edir.
Türkmənistanın Azərbaycandakı səfirliyi KİV-in Yeni il münasibətilə bayram şənliklərinin keçirilməsinə qadağa qoyulması barədə məlumatını təkzib edir

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir V.Javoronkova/

Türkmənistanın Azərbaycandakı səfirliyi KİV-in Yeni il münasibətilə restoranlarda bayram şənliklərinin keçirilməsinə qadağa qoyulması barədə məlumatını təkzib edir.

"Ferghana.ru" Türkmənistanda Yeni il münasibətilə restoranlarda bayram şənliklərinin keçirilməsinə qadağa qoyulması barədə məlumat yayıb.

"Məlumatda deyilən mülahizələr həqiqətəuyğun deyil və mahiyyət etibarilə yalandır", - Türkmənistanın Azərbaycandakı səfiri Annaməmməd Məmmədov Trend -a deyib.

"Ferghana.ru" jurnalist etikasına layiq olmayaraq və adi vicdanlılıq çərçivəsindən kənara çıxaraq mənim ölkəm haqqında heç nədən "uydurma" və növbəti "sensasiya" yaradır. Bununla bərabər, dövlət başçısının şəxsiyyətinə bu və ya digər kontekstdə toxunmaq açıq-aşkar böhtandır. "Ferghana.ru"-nun məqsədi regionun elektron kütləvi informasiya vasitələrinin və onların hörmətli auditoriyalarının diqqətini xüsusi personaya cəlb etməkdir", - səfir deyib.

"Bir daha "Ferghana.ru"-nun yaydığı məlumatın yalan və böhtan xarakterli olduğunu bildirmək istəyirəm və bu səbəbdən öz narahatçılığımı və narazıçılığımı ifadə edirəm. Eyni zamanda, Türkmənistan Prezidentinin şəxsiyyətinə yüksək dərəcəli hörmətin ifadəsini tələb edirəm", - diplomat deyib.

Xəbər lenti

Xəbər lenti