...

ABŞ-ın Azərbaycandakı səfirliyi dövlət katibi Hillari Klintonun çıxışına dair diskussiya təşkil edib

Cəmiyyət Materials 22 Yanvar 2010 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir M.Əliyev/

ABŞ-ın Azərbaycandakı səfirliyi cümə axşamı ABŞ-ın dövlət katibi Hillari Klintonun çıxışının yayımlanmasına dair Bakı Mətbuat Mərkəzində diskussiya təşkil edib.

"ABŞ dövlət katibinin çıxışı bütün dünyaya yayımlanır ki, bu da dünyada yeni azadlıq formasının meydana gəlməsindən xəbər verir", - ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson deyib.

Hillari Klinton öz çıxışında deyib ki, İnternetə senzura tətbiq edən ölkələr siyasi mənfəət güdürlər, lakin eyni zamanda, iqtisadi planda uduzurlar. "Avtoritet ölkələrdə virtual maneələr Berlin hasarı kimi uçurulacaq", - ABŞ-ın dövlət katibi deyib.

Klinton İnternetə çıxışın məhdudlaşdırıldığı Çin və Özbəkistanı, sosial şəbəkələrdən istifadənin dayandırıldığı Vyetnamı, 40 bloqerin həbs olunduğu Misiri misal gətirib.

Çıxışdan sonra Azərbaycan jurnalistlərinin bu mövzuda diskussiyası təşkil edilib.

Xəbər lenti

Xəbər lenti