...

Berlində azərbaycanlıların doğma dilinin problemləri müzakirə ediləcək

Cəmiyyət Materials 17 Fevral 2010 18:03 (UTC +04:00)
Azərbaycanın Berlindəki Mədəniyyət Mərkəzi 21 fevral - Beynəlxalq Doğma Dil Günü münasibətilə doğma dilin problemlərinə və onun hazırkı inkişafına dair müzakirələr təşkil edəcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.
Berlində azərbaycanlıların doğma dilinin problemləri müzakirə ediləcək

Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Berlindəki Mədəniyyət Mərkəzi 21 fevral - Beynəlxalq Doğma Dil Günü münasibətilə doğma dilin problemlərinə və onun hazırkı inkişafına dair müzakirələr təşkil edəcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.

Müzakirələrdə dilçi alimlər və Azərbaycan Diasporunun fəalları iştirak edəcəklər, Ankara və Amsterdamdan olan mütəxəssislər Seyfəddin Altaylı və Muxtar Şəms doğma dilin problemləri haqqında öz mülahizələrini bölüşəcəklər.

Azərbaycanlıların Almaniyadakı Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə Patser-İsmayılovanın sözlərinə görə, müzakirələr Almaniyada yaşayan azərbaycanlılar üçün böyük məna kəsb edən doğma dilin saxlanması məqsədi ilə keçiriləcək.

UNESCO 1999-cu ildən etibarən 21 fevralı Beynəlxalq Doğma Dil Günü elan edib.

Xəbər lenti

Xəbər lenti