...

Meksikada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Cəmiyyət Materials 22 Fevral 2010 11:19 (UTC +04:00)
Martın 6-dan 11-dək Meksikada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə Azərbaycanın Meksikadakı səfirliyinin press-relizində bildirilir.
Meksikada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir E.Tarıverdiyeva/

Martın 6-dan 11-dək Meksikada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Bu barədə Azərbaycanın Meksikadakı səfirliyinin press-relizində bildirilir.

Tədbirlər proqramına bədii və sənədli filmlərin nümayişi, rəqs və musiqi qruplarının çıxışları, muğam ifaçılarının konserti, caz-konsertlər, fotoekspozisiya, həmçinin milli geyimlərin nümayişi daxildir.

Mədəniyyət Günləri çərçivəsində iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığa, həmçinin Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin Meksikanın nazirlik və idarələrində görüşlərinin təşkilinə dair sazişlərin imzalanması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti