...

Azərbaycanda iki məktəb direktoru vəzifəsindən azad edilib

Cəmiyyət Materials 7 May 2010 18:47 (UTC +04:00)
Azərbaycanın Təhsil Nazirliyi Cəlilabad şəhərində iki məktəb direktorunu vəzifəsindən azad edib.
Azərbaycanda iki məktəb direktoru vəzifəsindən azad edilib

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Təhsil Nazirliyi Cəlilabad şəhərində iki məktəb direktorunu vəzifəsindən azad edib.

Azərbaycanın Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinə gələn şikayətlər əsasında araşdırmalar aparıb və Cəlilabad şəhərinin 1 və 8 saylı məktəblərinin direktorları öz fəaliyyətlərində nöqsanlara yol verdiklərinə görə vəzifələrindən azad ediliblər. Bu barədə nazirliyinin məlumatında deyilir.

Bundan əlavə, gələn şikayətlərlə bağlı müəyyən çatışmazlıqların müşahidə olunduğu, həmçinin sanitar-gigiyenik normaların pozulduğu Bakı şəhərinin 63 saylı məktəbində nazirlik tərəfindən yoxlamalar aparılıb. Yoxlamalar nəticəsində məktəbin direktoru Təhsil Nazirliyi tərəfindən ciddi töhmət alıb.

"Aprel ayı ərzində Təhsil Nazirliyinin "Qaynar xətti" xidmətinə 1003 müraciət daxil olub və onların hər biri araşdırılıb", - nazirliyin məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti