...

Aliyə Qarayeva Dünya Kuboku yarışlarında bürünc medal qazanıb

Cəmiyyət Materials 25 May 2010 12:16 (UTC +04:00)
Azərbaycan gimnastı Aliyə Qarayeva bir həftə öncə İspaniyanın Qran-pri müsabiqəsində olduğu kimi, Belarus paytaxtında keçirilən Dünya Kuboku yarışlarında da bürünc medala layiq görülüb.
Aliyə Qarayeva Dünya Kuboku yarışlarında bürünc medal qazanıb

Аzərbaycan, Bakı, 25 may /Trend/

Azərbaycan gimnastı Aliyə Qarayeva bir həftə öncə İspaniyanın Qran-pri müsabiqəsində olduğu kimi,  Belarus paytaxtında keçirilən Dünya Kuboku yarışlarında da bürünc medala layiq görülüb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın son günündə həm fərdi, həm də qrup halında ayrıca finallar təşkil olunub.

Azərbaycan idmançıları arasında ən yaxşı nəticəni Aliyə Qarayeva nümayiş etdirib. Lentlə göstərdiyi final oyununda idmançımız yalnız rusiyalı gimnastlar Yevgeniya Kanayeva (29,15) və Darya Kondakovadan (28,65) geri qalaraq, hakimlərdən aldığı 27,85 balla üçüncü yerə layiq görülüb. Topla və qurşaqla nümayiş etdirdiyi final oyunlarında isə Aliyə, müvafiq olaraq, 4-cü və 5-ci yerləri qazanıb.

"Məşqçimin qeyd etdiyi kimi, artıq ikinci həftədir, lentlə uğurlu oyun nümayiş etdirirəm, bu, sabitliyin göstəricisidir", - Qarayeva belə hesab edir. İyunun 4-5-də keçiriləcək Azərbaycan çempionatı üçün mən hazır formadayam və ikinci dəfə ölkə çempionu titulunu müdafiə etməyə qətiyyətlə inanıram. Doğrudur, mən çempionata qədər Yaroslavla yarımgünlük səfər edəcəyəm; belə ki, orada mənim də çıxış etmək üçün dəvət aldığım şou nümayiş olunacaq".

Müxtəlif növ şoularda, xüsusilə də, Moskvada keçirilmiş "Alina-2010" beynəlxalq incəsənət gimnastikası festivalında iştirak Azərbaycan komandasında qətiyyət və əzm yaradıb. Azərbaycanlı gimnastlar Minskdə keçirilmiş Dünya Kubokunda olduğu kimi, Moskvada da uğurlu oyun nümayiş etdiriblər. İplər və lentlər, eləcə də halqalarla göstərdikləri final oyunlarında qızlar, müvafiq olaraq, 4-cü və 5-ci yerləri qazanıblar. Burada qələbəni Belarus gimnastları qeyd ediblər.

Digər azərbaycanlı gimnastlar kimi, Anna Qurbanova da iplər və topla nümayiş etdirdiyi final oyununda yüksək nəticə əldə edib. Lentlə 7-ci, halqa ilə oyunda 8-ci yeri qazanıb. Samirə Mustafayeva və Dina Qorina Minskdə keçirilmiş müsabiqə proqramında çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti