...

TQDK sədri magistraturaya sənəd verən bakalavrların proqram seçimi etməsindən narahatdır

Cəmiyyət Materials 11 İyun 2010 12:14 (UTC +04:00)
TQDK üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə magistraturaya sənəd verən bakalavrların proqram seçimi etməsindən narahatlığını bildirib. Bu barədə cümə günü TQDK sədri jurnalistlərə bildirib.
TQDK sədri  magistraturaya sənəd verən bakalavrların proqram seçimi etməsindən narahatdır

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir T.Hacıyev/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə magistraturaya sənəd verən bakalavrların proqram seçimi etməsindən narahatlığını bildirib. Bu barədə cümə günü TQDK sədri jurnalistlərə bildirib.

"Sabah magistr üzrə proqram seçiminin sonuncu günü olmasına baxmayaraq, magistraturaya sənəd verən bakalavrlardan 1 849 nəfəri hələ də proqram seçimi etməyib", - deyə Abbaszadə bildirib.

Onun sözlərinə görə, ölkədə qeyd olunacaq üçgünlük istirahətndən sonra, bakalavrlara imtahana buraxılış vərəqələri paylanılmalıdır.

Abbaszadə onu da qeyd edib ki, sabah proqram seçimi prosesi bitəcək və TQDK bu vaxtı uzatmayacaq.

TQDK sədri onu da əlavə edib ki, magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 20-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti