...

Azərbaycan hökuməti mətbuatın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bəzi zəruri tədbirləri düşünür - Prezident Administrasiyasının şöbə müdiri

Cəmiyyət Materials 23 İyun 2010 11:42 (UTC +04:00)
Azərbaycan hökuməti mətbuatın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bəzi zəruri tədbirləri düşünür.
Azərbaycan hökuməti mətbuatın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bəzi zəruri tədbirləri düşünür - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti mətbuatın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bəzi zəruri tədbirləri düşünür.

"Azərbaycan hökuməti mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, bu sahədə çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bəzi zəruri tədbirləri düşünür və yavaş-yavaş həyata keçirəcək", - Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın 135 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Prezident Administrasiyasına tapşırılır ki, prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və bölgələrdə yubiley tədbirlərinin keçirilməsini təmin etsin.

Prezident Administrasiyası, həmçinin, bir ay müddətində jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında milli mətbuatın inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri dövlət başçısına verməlidir.

Həsənov deyib ki, Milli Mətbuatın 135-ci ildönümünün geniş qeyd olunması ilə bağlı Prezident sərəncam verib. Həmin sərəncamda müvafiq qurumlara tapşırıqlar verilib.

"Bu sərəncamdan sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzası ilə tədbirlər proqramı təsdiq olunub və icraya yönəlib. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sərəncamdan irəli gələn tapşırıqların yerinə yetirilməsi ilə bağlı xüsusi tapşırıqlar verilib", - Həsənov qeyd edib.

Onun sözlərinə görə, yubileyin qeyd olunması üçün yaxın zamanlarda ölkə üzrə xüsusi tədbirlər keçiriləcək.

"Bu, bir tərəfdən, mətbuatın inkişafına insanların diqqətini artıracaq. Digər tərəfdən, Azərbaycanda ötən illərdən mövcud olan mətbuat ənənələrinin tarixinin öyrənilməsinə, dünya təcrübəsinin Azərbaycanın mətbuat sahəsində tətbiqinə xidmət göstərəcək", - Həsənov əlavə edib.

Xəbər lenti

Xəbər lenti