...

BMT Azərbaycanın işğal olunmuş ərazilərində biomüxtəlifliyin qorunmasına yardım etməyə hazırdır – təşkilatın nümayəndəsi İvonna İquero

Cəmiyyət Materials 6 İyul 2010 12:40 (UTC +04:00)
BMT Azərbaycanın işğal olunmuş ərazilərində biomüxtəlifliyin qorunmasına yardım etməyə hazırdır, - bu barədə çərşənbə axşamı jurnalistlərə BMT-nin Ətraf Mühit üzrə Proqramının nümayəndəsi İvonna İquero deyib.
BMT Azərbaycanın işğal olunmuş ərazilərində biomüxtəlifliyin qorunmasına yardım etməyə hazırdır – təşkilatın nümayəndəsi İvonna İquero

Аzərbaycan , Qəbələ, 6 iyul  /Trend, müxbir М.Əliyev/

BMT Azərbaycanın işğal olunmuş ərazilərində biomüxtəlifliyin qorunmasına yardım etməyə hazırdır, - bu barədə çərşənbə axşamı jurnalistlərə BMT-nin Ətraf Mühit üzrə Proqramının nümayəndəsi İvonna İquero deyib.

"BMT münaqişə zonalarında biomüxtəlifliyin qorunmasına yönəldilmiş "Ekoloji təhlükəsizlik təşəbbüsləri" proqramını həyata keçirir və bu təşəbbüs çərçivəsində Qafqaz regionunda müvafiq işlərin həyata keçirilməsi üzrə müzakirələr aparılıb", -  İquero bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında müntəzəm şəkildə yanğınlar törədilir və bu da ətraf mühitə, o cümlədən, regionun biomüxtəlifliyinə mənfi təsir göstərir.

BMT nümayəndəsinin sözlərinə görə, hazırkı " Ekoloji təhlükəsizlik təşəbbüsləri" Balkanlarda baş verən münaqişədən sonra irəli sürülüb, nəticədə, sərhədboyu münaqişə zonalarında canlı aləmin qorunması üzrə işlər görülür.

Azərbaycanın Qəbələ rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit üzrə Proqramı tərəfindən təşkil olunmuş Avropanın ətraf mühit nazirliklərinin rəsmi şəxsləri və ekspertləri səviyyəsində bioloji müxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq konfransı keçirilir.

Xəbər lenti

Xəbər lenti