...

Tbilisidə Pikassonun "Don Kixot" əsərinin orijinalı tapılıb

Cəmiyyət Materials 26 İyul 2010 16:57 (UTC +04:00)
Pikassonun "Don Kixot" əsərinin orijinalı sənətşünaslar tərəfindən təsadüfən Tbilisidə bir gürcü ailəsində tapılıb.
Tbilisidə Pikassonun "Don Kixot" əsərinin orijinalı tapılıb

Gürcüstan, Tbilisi, 26 iyul /Trend, müxbir N.Kirsxaliya/

Pikassonun "Don Kixot" əsərinin orijinalı sənətşünaslar tərəfindən təsadüfən Tbilisidə bir gürcü ailəsində tapılıb.

"Kviris palitra" qəzetinin xəbər verdiyi kimi, sənətşünas Lali Lebanidzenin məlumatına görə, hələlik adı gizli saxlanılan bir ailədə Pikassonun rəsmi onun diqqətini cəlb edib. Ailə üzvünün sözlərinə görə, bu, xaricdəki qohumları tərəfindən göndərilən "Don Kixot"un surətidir.

Qeyd edək ki, rəssamın bu əsəri itmiş hesab edilirdi. Əsər 1955-ci ilin avqustunda şair Lui Araqonun sifarişi ilə fransız ədəbi jurnallarından biri üçün çəkilib. Jurnalın bu nömrəsi bütünlüklə Servantesin yaradıcılığına həsr olunmuşdu. Sonuncu səhifədə isə Pikassonun rəsmi dərc edilmişdi. Qrafik təsvir tezliklə çox populyarlaşır, əsli isə itir.

Gürcü sənətşünaslar tapıntının öyrənilməsi və onun əslinin təsdiqlənməsi üçün xüsusi komissiya yaratmaq niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti