...

Azərbaycanda ölkə tələbələrinin və xarici ali məktəb məzunlarının beynəlxalq forumu keçiriləcək

Cəmiyyət Materials 3 Avqust 2010 14:57 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyi avqustun 20-21-də Azərbaycan tələbələrinin və xarici ali məktəb məzunlarının beynəlxalq forumunu keçirməyi planlaşdırıb. Bu barədə nazirliyin məlumatında deyilir.
Azərbaycanda ölkə tələbələrinin və xarici ali məktəb məzunlarının beynəlxalq forumu keçiriləcək

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan Gənclər və İdman Nazirliyi avqustun 20-21-də Azərbaycan tələbələrinin və xarici ali məktəb məzunlarının beynəlxalq forumunu keçirməyi planlaşdırıb. Bu barədə nazirliyin məlumatında deyilir.

Forumun məqsədi tədris müddəti ərzində tələbələrin qazandıqları təcrübənin mübadiləsi, bilik və bacarıqlarının ölkə naminə rasional tətbiqinin müzakirəsi, gənclər arasında canlı ünsiyyətin və informasiya mübadiləsinin təşkilindən ibarətdir.

Forumun proqramına plenar iclasın və qruplarda aparılan müzakirələrin çıxış məruzələri, eləcə də Azərbaycanın ən səfalı guşələrindən olan Qəbələyə səyahət daxil edilib.

Forumda iştirak etmək istəyən tələbələr və ya xarici ali məktəb məzunları avqustun 17-dək [email protected] ünvanına sorğularını göndərə bilərlər.

Xəbər lenti

Xəbər lenti