...

Bakı məktəblərində informatika, bədən tərbiyəsi və ibtidai hərbi hazırlıq müəllimlərinə ehtiyac var

Cəmiyyət Materials 14 Avqust 2010 13:27 (UTC +04:00)
Bakı Təhsil İdarəsi Azərbaycanın Təhsil Nazirliyinə paytaxtın orta məktəblərində vakant pedaqoji yerlərin siyahısını təqdim edib. Bu barədə Trend-ə Bakı Təhsil İdarəsinin strateji analiz, planlaşdirma və idarəetmə sektorunun direktoru Bəhmən Nəbiyev məlumat verib.
Bakı məktəblərində informatika, bədən tərbiyəsi və ibtidai hərbi hazırlıq müəllimlərinə ehtiyac var

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir M.Əliyev/

Bakı Təhsil İdarəsi Azərbaycanın Təhsil Nazirliyinə paytaxtın orta məktəblərində vakant pedaqoji yerlərin siyahısını təqdim edib. Bu barədə Trend-ə Bakı Təhsil İdarəsinin strateji analiz, planlaşdirma və idarəetmə sektorunun direktoru Bəhmən Nəbiyev məlumat verib.

"Orta məktəblərin təqdim etdikləri vakansiyalara görə, Bakının təhsil müəssisələrində bədən tərbiyəsi, ibtidai hərbi hazırlıq, eləcə də informatika üzrə peşəkar kadrlara daha çox ehtiyac var", - Nəbiyev deyib.

Onun sözlərinə görə, bu il Bakı məktəblərində ibtidai sinif və rus dili müəllimlərinə tələbat yoxdur.

"Bakı Təhsil İdarəsi məktəb direktorları ilə müəllimlərin paylanması, pedaqoqların eyni vaxtda qonşu məktəblərdə işləməsi mümkünlüyü məsələlərini müzakirə edib", - Nəbiyev bildirib.

Azərbaycanın Təhsil Nazirliyi gələn həftə ərzində Azərbaycanın ümumtəhsil məktəblərində vakant yerləri élan edəcək.

Ötən il Təhsil Nazirliyi 2009/2010-cu tədris ilində ümumtəhsil məktəblərində 365 boş yer üzrə müsabiqə kéçirmişdi. 1 044 iş axtarandan cəmi 284 nəfəri müəllim vəzifəsinə qəbul edilib, 81 yer boş qalıb.

Azərbaycanda fəaliyyət göstərən 4 552 dövlət ümumtəhsil məktəbində 170 minə yaxın müəllim çalışır, 1 420 mindən artıq məktəbli təhsil alır. 17 özəl ümumtəhsil məktəbində 1 005 müəllim işləyir.

Xəbər lenti

Xəbər lenti