Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir М.Əliyev/
Qırğızıstanın gənclər naziri Əliyasbek Alımkulov gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə Azərbaycana səfər edəcək.
Azərbaycan Gənclər və İdman Nazirliyi Qırğızıstan nazirinə sentyabrın 19-23-də Azərbaycana səfər etmək təklifini göndərib. Məlumatı "AKİ-Press" İnformasiya Agentliyi yayıb.
Mövcud səfərin məqsədi əlaqələrin genişləndirilməsi və gələcək əməkdaşlığın perspektivlərini müzakirə etməkdir. Tərəflər əməkdaşlıq və gənclər siyasəti sahəsində qarşılıqlı fəaliyyətin yeni səviyyəsinə keçməyə hazırdırlar.