...

Azərbaycan hökuməti Avropa İnsan Haqları Məhkəməsində vəzifəsini layiqincə yerinə yetirmişdir - Azərbaycanın səlahiyyətli nümayəndəsi

Cəmiyyət Materials 16 Sentyabr 2010 05:18 (UTC +04:00)
Azərbaycana hökuməti Avropa İnsan Haqları Məhkəməsində vəzifəsini layiqincə yerinə yetirmişdir. Bu fikirləri çərşənbə günü Trend-ə açıqlamasında Azərbaycan hökumətinin Avropa İnsan Haqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib.
Azərbaycan hökuməti Avropa İnsan Haqları Məhkəməsində vəzifəsini layiqincə  yerinə yetirmişdir - Azərbaycanın səlahiyyətli nümayəndəsi

Fransa, Strasburq, 15 sentyabr /Trend, müxbir A.Məhərrəmli/

Azərbaycana hökuməti Avropa İnsan Haqları Məhkəməsində vəzifəsini layiqincə yerinə yetirmişdir. Bu fikirləri çərşənbə günü Trend-ə açıqlamasında Azərbaycan hökumətinin Avropa İnsan Haqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib.
 
Səlahiyyətli  nümayəndə dinləmələrin yaxşı şəraitdə keçdiyini bildirib.
 
"Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə Laçından olan azərbaycanlı məcburi köçkünlərin iddiasına dair məhkəmə dinləməsi yaxşı şəraitdə keçdi. Hesab edirəm ki, məhkəmə təqdimatlarımızdan razı qaldı. İş üzrə davamlı və bir-birinə uyğun olan məsələlər qaldırılmışdı. İşlə bağlı əlavə sənədlər tələb olunmadı, çünki təqdim olunanlar məhkəməni qane etdi. Müsbət nəticənin olmasına ümid edirik" - Əsgərov qeyd edib.
 
O, habelə qeyd edib ki, məhkəmə iddiaya həm məqbulluq (şikayətin qəbul olunması), həm də mahiyyəti üzrə baxacaq.

" Məhkəmə şikayətə həm məqbulluq, həm də mahiyyəti üzrə baxacaq. Mahiyyət məsələsi göz önündədir. İnsan haqları pozulub. Bu məhkəmə tərəfindən təsbit olunarsa, maddi və mənəvi təzminatın ödənilməsi məsələsi ortaya çıxacaq.  Bu işlə bağlı bir daha məhkəmə iclası olmayacaq. Məhkəmə işlə bağlı öz qərarını müəyyən müddətdən sonra verəcək" - Əsgərov deyib.
 
Qeyd edək ki, bu gün Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsində "Çıraqov və digərlərinin Ermənistana qarşı" və Sarkisyanın Azərbaycana qarşı şikayətləri üzrə açıq məhkəmə iclasları keçirilmişdir. İclasda Azərbaycan hökumətini ölkəmiz adından Avropa Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, beynəlxalq hüquq sahəsində tanınmış hüquqşünaslar ingiltərəli Malkolm Şou və avstriyalı Qabriel Lanski çıxış edib. İclasda həmçinin şikayətçilər Fəxrəddin Paşayev və Akif Həsənov iştirak edib. Şikayətdə Azərbaycan vətəndaşları mülkiyyət hüquqlarının pozulduğunu iddia edirlər və təzminatın ödənilməsini tələb edirlər.
 
Birinci işdə (Çıraqov və başqaları Ermənistana qarşı" işi) Azərbaycan tərəfi Avropa Məhkəməsinə təqdim etmişdir ki, Dağlıq Qarabağda və ətrafdakı 7 rayonda baş verən insan hüquqlarının pozuntularına görə məhz Azərbaycanın bu torpaqlarını işğal etmiş Ermənistan Respublikası məsuliyyət daşıyır.
 
İkinci işdə (Sarkisyanın Azərbaycan qarşı iddiası)  Azərbaycan tərəfi təqdim etmişdir ki, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində yerləşən Goranboy rayonun Gülüstan kəndində baş verən insan hüquqlarının pozuntularına görə həmçinin Ermənistan Respublikası məsuliyyət daşımalıdır. Çünki bu ərazidə, demək olar ki, hər gün baş verən atəşkəs rejiminin pozulması hallarına görə əhali bu kənddə yaşamaq imkanından məhrumdur.

Qeyd edilməlidir ki, Ermənistan tərəfi bu işdə onu təmsil edən hüquqşünasların siyahısını son anda dəyişmişdir. Avropa Məhkəməsinə göndərilən məktubda onlar bildirmişlər ki, hüquqşünaslardan biri itmiş və onlar onun Strasburqa gəlib-gəlmədiyi barədə məlumata malik deyillər.

Laçın rayonu 17 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub və 67 min laçınlı məcburi köçkün düşüb.

Xəbər lenti

Xəbər lenti