...

Azərbaycanda qadağan olunmuş dini təriqətlərdən birinin təbliği ilə məşğul olan şəxs saxlanılıb

Cəmiyyət Materials 19 Noyabr 2010 13:32 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, Qax rayon polis şöbəsi və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi əməkdaşlarının əldə etdikləri məlumatlar əsasında rayonun Qaxingiloy kənd sakini Məmməd Məmmədovun qeyri-ənənəvi radikalyönümlü dini təriqətlərdən birinin təbliği ilə məşğul olması müəyyən edilib.
Azərbaycanda qadağan olunmuş dini təriqətlərdən birinin təbliği ilə məşğul olan şəxs saxlanılıb

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın şimal-qərbində qadağan olunmuş dini təriqətlərdən birinin təbliği ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, Qax rayon polis şöbəsi və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi əməkdaşlarının əldə etdikləri məlumatlar əsasında rayonun Qaxingiloy kənd sakini Məmməd Məmmədovun qeyri-ənənəvi radikalyönümlü dini təriqətlərdən birinin təbliği ilə məşğul olması müəyyən edilib.

Noyabrın 18-də Məmmədovun evinə baxış keçirilib və oradan təbliği və yayımı qanunla qadağan edilmiş 168 ədəd kitab, 100 ədəd broşür, 24 ədəd müxtəlf audio və videokasetlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti