Azərbaycan, Bakı, 4 dekabr /Trend/
Kiyev Tibb Universitetinin, Ümumukrayna Tələbə İttifaqının və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) təşəbbüsü ilə "QİÇS-ə şans vermə" mövzusunda treninq-seminar keçirilib. UAGB-nin şənbə günü yaydığı məlumata görə, seminarda Avropa ölkələri arasında QİÇS-ə (qazanılmış immun çatışmazlığı sindromu) yoluxmuş xəstələrin sayına görə Ukraynanın birinci sırada getməsi böyük həyəcanla qarşılanıb.
Ukrayna Təhsil Nazirliyinin, Azərbaycanın Ukraynadakı səfirliyinin, o cümlədən hökumət və qeyri-hökumət təşkilatları təmsilçilərinin qatıldığı seminarı Kiyev Tibb Universitetinin prorektoru Sergey Kurilo açaraq, bu gün QİÇS xəstəliyinin yayılma təhlükəsinə görə Ukraynanın Avropa ölkələri sırasında 1-ci yerdə getməsinin həyacanından söz açıb. Qeyd olunub ki, hər gün bu xəstəlikdən ölkədə 7 nəfər ölür. Hazırda infeksiyaya yoluxanların sayı 176 min 370 nəfərdir. Bu günə qədər xəstəlikdən 19 min 776 nəfər yaşlı, 284 nəfər uşaq dünyasını dəyişib. Statistikaya görə, Ukraynada xəstəliyə yoluxma halları ən çox Dnepropeetrovsk, Donetsk, Nikolayev, Odessa və Kiyev vilayətlərində qeydə alınıb. Əgər belə gedərsə, 2014-cü ilədək Ukraynada xəstəliyə yoluxanların sayı 479 min nəfərə çata bilər ki, bu da əhalinin 1,9 faizi deməkdir. Bu istiqamətdə Ümumukrayna Tələbə İttifaqı ilə UAGB-nin təşkil etdiyi seminarın xüsusi əhəmiyyətindən danışan mütəxəssislər QiÇS-ə qarşı mübarizəyə hamılıqla qoşulmağın vacibliyini bildiriblər.
Seminarda UAGB-nin sədri Anar Tahirov çıxış edərək Ukraynada QİÇŞ xəstəliyinin daha çox gənclər arasında yayılmasının qarşısının alınması üçün birgə tədbirlərin həyata keçirilməsinin vacibliyindən danışıb, bu istiqamətdə yeni yaradılmış Ukrayna Azərbaycan Tibb Tələbələri Dərnəyinin təşəbbüsü ilə yeni tədbirlər planının hazırlanmasının əhəmiyyətindən söz açıb. QİÇS-lə bağlı Azərbaycanda son 3 ildə həyata keçirilən tədbirlər nəticəsində bu xəstəliyə yoluxanların sayının stabil qaldığını vurğulayan Tahirov bu durumun Ukraynaya da sirayət etməsi arzusunda olduqlarını diqqətə çatdırıb.
Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb
Layihə ilə bağlı yazılar aşağıdakı linklərdir
http://az.trend.az/news/society/1791727.html
http://az.trend.az/news/politics/1790948.html
http://az.trend.az/news/politics/1790940.html
http://az.trend.az/news/society/1789601.html
http://az.trend.az/news/politics/1789658.html
http://az.trend.az/news/society/1789485.html
http://az.trend.az/news/society/1789065.html
http://az.trend.az/news/society/1788841.html
http://az.trend.az/news/society/1788636.html
http://az.trend.az/news/society/1787633.html
http://az.trend.az/news/society/1787048.html
http://az.trend.az/news/politics/1786989.html
http://az.trend.az/news/society/1786099.html
http://az.trend.az/news/politics/1786011.html
http://az.trend.az/news/society/1785422.html
http://az.trend.az/news/society/1785378.html
http://az.trend.az/news/politics/1785342.html
http://az.trend.az/news/society/1784463.html
http://az.trend.az/news/society/1784555.html
http://az.trend.az/news/society/1783636.html
http://az.trend.az/news/society/1782698.html
http://az.trend.az/news/society/1780194.html
http://az.trend.az/news/karabakh/1780129.html
http://az.trend.az/news/society/1780114.html
http://az.trend.az/news/politics/1779698.html
http://az.trend.az/capital/energy/1779708.html
http://az.trend.az/news/society/1775315.html
http://az.trend.az/news/karabakh/1771475.html
http://az.trend.az/news/society/1771449.html
http://az.trend.az/news/politics/1771264.html
http://az.trend.az/news/politics/1771281.html
http://az.trend.az/news/society/1770126.html
http://az.trend.az/news/society/1769966.html
http://az.trend.az/news/politics/1768183.html
http://az.trend.az/news/karabakh/1763854.html
http://az.trend.az/news/society/1767513.html
http://az.trend.az/news/society/1767208.html
http://az.trend.az/news/society/diaspora/1766801.html
http://az.trend.az/news/society/diaspora/1764515.html
http://az.trend.az/news/society/diaspora/1764255.html
http://az.trend.az/news/society/diaspora/1763034.html
http://az.trend.az/news/society/diaspora/1763005.html
http://az.trend.az/news/society/diaspora/1762913.html
http://az.trend.az/news/society/diaspora/1761223.html
http://az.trend.az/news/society/diaspora/1760042.html
http://az.trend.az/news/society/diaspora/1759567.html
http://az.trend.az/news/society/diaspora/1760841.html
http://az.trend.az/news/society/diaspora/1751056.html
http://az.trend.az/news/society/diaspora/1753599.html
http://az.trend.az/news/society/diaspora/1755854.html