...

Azərbaycanda 2010-cu ildə idman sahəsində ən yaxşılar elan edilib (ƏLAVƏ OLUNUB-2)

Cəmiyyət Materials 23 Dekabr 2010 19:44 (UTC +04:00)

Digər nominasiyalar barədə informasiya əlavə olunub

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Gənclər və İdman Nazirliyi cümə axşamı 2010-cu ilin yekunlarını açıqlayıb.

Azərbaycanda ilin ən yaxşı futbol klubu UEFA liqasında üç seçmə turu keçən "Qarabağ" futbol klubu seçilib.

Güləş Federasiyası 2010-cu ildə Azərbaycanın ən yaxşı idman federasiyası elan edilib.

İlin ən yaxşı idman cəmiyyəti "Neftçi" İdman-Sağlamlıq Mərkəzi, ən yaxşı idman tikilisi isə "Sərhədçi" Olimpiya Kompleksi seçilib. İlin ən yaxşı idmançıları Pərvin Abdullayev (kikboksinq), Nicat Rəhimov (ağır atletika), Sergey Bezuqlıy (avarçəkmə), Elvin Məmişzadə (boks), Həsən Əliyev (yunan-roma güləşi), Aliyə Qarayeva (bədii gimnastika) seçiliblər.

Gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, 2010-cu ildə azərbaycanlı idmançılar 675 medal qazanıblar.

"Bu il azərbaycanlı idmançılar 675 medal qazanıblar. Bu medallar həm ölkə daxilində, həm də xaricdə keçirilən yarışlarda qazanılıb", - Rəhimov deyib.

Nazirin sözlərinə görə, bu il Azərbaycanda 50-yə yaxın beynəlxalq idman yarışı keçirilib.

Hazırda Azərbaycanda 28 milli olimpiya kompleksi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti