...

Klassik türkmən şairi Məxdumqulunun poeziyası Azərbaycan dilində çap olunub

Cəmiyyət Materials 24 Dekabr 2010 11:07 (UTC +04:00)
Qardaş türkmən və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin inkişafında klassik türkmən şairi Məxdumqulu Fəraqinin seçilmiş əsərlər toplusunun Azərbaycan dilində çap olunması önəmli hadisə olub. Bu barədə cümə günü "Neytral Türkmənistan" qəzeti yazır.
Klassik türkmən şairi Məxdumqulunun poeziyası Azərbaycan dilində çap olunub

Türkmənistan, Aşqabad, 24 dekabr /Trend, müxbir H.Həsənov/

Qardaş türkmən və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin inkişafında klassik türkmən şairi Məxdumqulu Fəraqinin seçilmiş əsərlər toplusunun Azərbaycan dilində çap olunması önəmli hadisə olub. Bu barədə cümə günü "Neytral Türkmənistan" qəzeti yazır.

Məxdumqulunun əsərlərini Azərbaycan dilinə tərcümə edən Bakı Dövlət Universitetinin professoru, tanınmış azərbaycanlı tərcüməçi Ramiz Əsgər bu il Türkmənistanda dövlət müsabiqəsinin laureatı olub.

Türkmən klassik ədəbiyyatının ən parlaq nümunələrindən biri olan yeni ədəbi toplu Məxdumqulu Fəraqinin həyatı və yaradıcılığından bəhs edən, onun ədəbi yaradıcılığını təhlil edən ərtaflı giriş məqaləsi ilə başlayır.

"Böyük humanist şair, türkmən torpağının əsl nəğməkarının əsərlərinin Azərbaycan dilində işıq üzü görməsi iki dost xalqın son illər ənənəvi mənəvi-mədəni əlaqələrinin genişləndiyini sübut edir".

Bu gün Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrin fəallaşması təkcə irimiqyaslı ticarət-iqtisadi sahədə həyata keçirilən birgə layihələrdə deyil, həm də humanitar əməkdaşlığın genişlənməsində, iki qardaş xalq arasında sıx mənəvi əlaqələrin möhkəmlənməsində öz əksini tapıb.

Buna sübut təhsil, elm və mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət  barədə yüksək səviyyədə razılaşmalardır. 2009-cu ilin noyabrında Aşqabadda Azərbaycanın Mədəniyyət Günləri və bu ilin noyabrında Azərbaycanda Türkmənistanın Mədəniyyət Günləri böyük uğurla keçirilib.

Xəbər lenti

Xəbər lenti