...

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Pentensiar Xidmətin təşkil etdiyi futbol turnirinin qalibi müəyyənləşib (FOTO)

Cəmiyyət Materials 25 Dekabr 2010 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlqədar Pentensiar Xidmət (PX) tərəfindən təşkil olunmuş futbol turnirinə bu gün yekun vurulub.

Final oyununda PX-nin Binə qəsəbəsində yerləşən cəzaçəkmə müəssisələrinin əməkdaşlarından ibarət "Binə" komandası ilə Mühafizə Alayının hərbi qulluqçularından ibarət "Hərbçilər " komandası qarşılaşıb.

Gərgin idman mübarizəsində "Hərbçilər" komandası qələbə çalaraq turnirin qalibi olub. Turnirin qalibləri və fərqlənmiş oyunçular qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Turnirin açılış mərasimi dekabrın 18-də keçirilib. Turnirdə PX-nin tabe qurumlarından yaradılmış "Baş idarə", "Şəfa", "Dostluq", "Binə", "Qaradağ" və "Hərbçilər" komandaları iştirak ediblər.

Bu günki tədbirdə PX-nin rəisi Nazim Ələkbərov və Xidmətin idarə və şöbə rəisləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti