...

Bakıda atmosferi çirkləndirən 230 avtomobilin istismarı qadağan olunub

Cəmiyyət Materials 17 Yanvar 2011 10:40 (UTC +04:00)
İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, idarə əməkdaşları tərəfindən atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı 24 min 520-dən artıq avtomobil yoxlanılıb, 7 420 avtomobildə karbon qazının normadan artıq olduğu müəyyən edilib.
Bakıda atmosferi çirkləndirən 230 avtomobilin istismarı qadağan olunub

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Ötən il Bakı şəhər Yol Polisi İdarəsi tərəfindən aparılan reydlər zamanı atmosferi çirkləndirdiyi üçün 230 avtomobilin istismarı qadağan olunub.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, idarə əməkdaşları tərəfindən atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı 24 min 520-dən artıq avtomobil yoxlanılıb, 7 420 avtomobildə karbon qazının normadan artıq olduğu müəyyən edilib.

Həmin avtomobillərin sürücüləri barəsində protokol tərtib edilib və onlar məsuliyyətə cəlb olunublar.

Şöbə rəisi deyib ki, ötən il 70 avtomobil müəssisəsində və nəqliyyat sexində 2 019 avtomobil yoxlanılıb.

Həmin avtomobillərdən 522-nin mühərrikində işlənmiş qazların tərkibində zərərli maddələrin miqdarının çox olduğu aşkar edilib. Bu avtomobillərin sahibləri barəsində inzibati cəza tədbirləri görülüb.

Standartlaşdırma, Metrologiya və Sertifikasiya üzrə dövlətlərarası Şura tərəfindən 12 noyabr 1998-ci ildə qəbul olunan qərara əsasən, benzin mühərrikli avtomobillərin işlənmiş qazlarında karbon qazının miqdarı 3,5 fazidən artıq olmamalıdır.

Xəbər lenti

Xəbər lenti