...

Azərbaycanın "İRƏLİ" İctimai Birliyi 20 Yanvar faciəsinə həsr olunmuş bloq istifadəyə verib

Cəmiyyət Materials 19 Yanvar 2011 11:42 (UTC +04:00)
Azərbaycanın "İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi qanlı 20 Yanvar faciəsinə həsr olunmuş bloq istifadəyə verib.
Azərbaycanın "İRƏLİ" İctimai Birliyi 20 Yanvar faciəsinə həsr olunmuş bloq istifadəyə verib

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanın "İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi qanlı 20 Yanvar faciəsinə həsr olunmuş bloq istifadəyə verib. Bu barədə İB-nin çərşənbə günü yaydığı məlumatda bildirilir. Bloqda faciənin tarixini özündə əks etdirən, Azərbaycan, rus və ingilis dilində məlumatlar, foto və video materiallar yerləşdirilib. 

"İRƏLİ" İctimai Birliyi virtual məkanda Azərbaycan maraqlarının qorunması və tarixi həqiqətlərin əks olunduğu məlumat bazalarının yaradılmasını daim diqqət mərkəzində saxlayır. Bu günə qədər "Mənim Qarabağım - Mənim Azərbaycanım" layihəsi çərçivəsində Azərbaycanın işğal altında olan bölgələri haqqında 10-a yaxın bloq-sayt hazırlanıb və bu layihə davam edir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. Faciə zamanı 137 insan öldürülüb, 744 adam ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağılıb.

Xəbər lenti

Xəbər lenti