...

Bakının "İnter" klubu erməni komandasına böyük hesabla qalib gəlib (ƏLAVƏ OLUNUB-3)

Cəmiyyət Materials 19 Yanvar 2011 16:51 (UTC +04:00)
Bakının "İnter" klubu erməni komandasına böyük hesabla qalib gəlib
Bakının "İnter" klubu erməni komandasına böyük hesabla qalib gəlib (ƏLAVƏ OLUNUB-3)

İlk xəbər 15:01-də yayımlanıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir M.Əliyev/

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş "Birlik Kuboku"nda 1/4 final mərhələsinin oyunları başlayıb. Azərbaycanın yarışdakı təmsilçisi Bakının "İnter" klubu Ermənistanın "Mika" komandası ilə görüşür.

Turnirdə keçirdiyi ilk 3 oyunda rəqiblərini qol buraxmadan böyük hesabla məğlub edən "İnter" qələbə seriyasını prinsipial matçda da davam etdirməyə çalışacaq.

"İnter" "Neftçi" və "Xəzər Lənkəran"ın əsasını qoyduğu ənənələri davam etdirmək niyyətindədir.

Buna qədər "Birlik Kuboku"nda 2005 və 2006-cı illərdə "Neftçi" və "Pünik" qarşılaşmışdılar. Bakılılar birinci oyunda 2:0 hesabı ilə qalib gəlsələr də, 5 il əvvəlki dueldə ermənilər yarışın keçirildiyi Moskvadan qaçmışdılar. Həmin vaxt texniki qələbəyə sevinən "Neftçi" sonda kubokun sahibi olmuşdu.

"İnter" birinci hissənin 30-ci dəqiqəsində Levinin  vurduğu qolla irəli çıxıb.

Bakı təmsilçisi birinci hissəsinin 36-cı dəqiqədə Karlsonsonun qolu ilə 2:0 hesabı ilə irəli çıxıb.

"İnter" ikinci hissənin ilk dəqiqələrində Kruqlovun qolu ilə hesabı 3:0-a çatdırıb.

Bakı "İnter"i Ermənistanın "Mika" komandasına dördüncü qolunu vurub. Karlsonson dublunu rəsmiləşdirib.

Xəbər lenti

Xəbər lenti