...

Ötən il 9 mindən artıq əcnəbinin Azərbaycandan çıxarılması barədə qərar qəbul edilib

Cəmiyyət Materials 24 Yanvar 2011 11:04 (UTC +04:00)
Trend-in Dövlət Miqrasiya Xidmətinin internet saytına istinadən verdiyi məlumata görə, bu barədə Xidmətin ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib.
Ötən il 9 mindən artıq əcnəbinin Azərbaycandan çıxarılması barədə qərar qəbul edilib

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Ötən il 9 mindən artıq əcnəbinin Azərbaycandan çıxarılması barədə qərar qəbul edilib.

Trend-in Dövlət Miqrasiya Xidmətinin internet saytına istinadən verdiyi məlumata görə, bu barədə Xidmətin ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirilib.

Məlumata görə, miqrasiya orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ötən il 16 min 680əcnəbinin sənədləri yoxlanılıb və nəticədə 12 min 94 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub.

Əsas olduğu üçün onlardan 2 min 796 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

Xəbər lenti

Xəbər lenti