...

Hava bakılıların əhvalını pisləşdirəcək

Cəmiyyət Materials 24 Yanvar 2011 14:46 (UTC +04:00)
Dəyişkən təzyiq, əhval-ruhiyyənin aşağı olması, diqqətsizlik, bronxial xəstəliklər – bu, yaxın üç gün ərzində hava şəraitinin dəyişilməsi ilə əlaqədar həssas insanların hiss edə biləcəkləri naxoşluğun tam siyahısı deyil. Bu barədə Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
Hava bakılıların əhvalını pisləşdirəcək

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir Z.Əhmədova/

Dəyişkən təzyiq, əhval-ruhiyyənin aşağı olması, diqqətsizlik, bronxial xəstəliklər - bu, yaxın üç gün ərzində hava şəraitinin dəyişilməsi ilə əlaqədar həssas insanların hiss edə biləcəkləri naxoşluğun tam siyahısı deyil. Bu barədə Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

"Həftənin əvvəlində hökm sürən hava şəraiti əhval-ruhiyyəsi havadan asılı olan Bakı əhalisi üçün əlverişsiz olacaq", - Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, həftənin əvvəlində onlar öz səhhətlərinin qayğısına qalmalı, ağır fiziki işlərdən imtina etməli, emosional gərginlikdən uzaq olmalıdırlar.

Həssas bakılılar xüsusilə, ilk üç gündə əsən cənub-qərb küləyinin yanvarın 27-də istiqamətini kəskin şimal küləyinə dəyişəcəyi gün özlərini yaxşı hiss etməyəcəklər, Verdiyev deyib.

Yanvarın 25 və 26-sı Bakıda dəyişkən buludlu, yağınıtısız hava şəraiti hökm sürəcək, müvafiq olaraq 10-14 və 12-14 dərəcə istilik olacaq, o deyib.

"Yanvarın 27-də havanın temperaturu 7-9 dərəcə aşağı düşəcək", - Verdiyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti