...

Sankt Peterburqda baş verən kütləvi davada Azərbaycan vətəndaşları olmayıb - diaspor nümayəndəsi

Cəmiyyət Materials 24 Yanvar 2011 15:46 (UTC +04:00)
Sankt-Peterburqda baş verən kütləvi davada Azərbaycan vətəndaşları olmayıb. Bu barədə bazar ertəsi Trend-ə Ümumrusiya Azərbaycan Konqresinin Sankt-Peterburqdakı səlahiyyətli nümayəndəsi Elşən Həmzəyev bildirib.
Sankt Peterburqda baş verən kütləvi davada Azərbaycan vətəndaşları olmayıb - diaspor nümayəndəsi

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir T.Hacıyev/

Sankt-Peterburqda baş verən kütləvi davada Azərbaycan vətəndaşları olmayıb. Bu barədə bazar ertəsi Trend-ə Ümumrusiya Azərbaycan Konqresinin Sankt-Peterburqdakı səlahiyyətli nümayəndəsi Elşən Həmzəyev bildirib.

"Məndə olan son məlumata görə, orada azərbaycanlı olmayıb. Məsələ hələ araşdırılır. Ola bilər ki, hansısa azərbaycanlı iştirak etsin, ancaq o da Azərbaycan vətəndaşı yox, Rusiya vətəndaşı ola bilər", - Həmzəyev əlavə edib.

Mətbuatın yazdığı məlumata görə, Rusiyanın Sankt-Peterburq şəhərində yanvarın 23-də baş verən kütləvi davada şübhəli bilinən 20 nəfər saxlanıb. Baş verən davaya görə saxlananlar arasında 8 azərbaycanlı var.

Davanın bir qrup gəncin azərbaycanlı ilə münaqişəsindən başladığı barədə məlumat yayılıb. Həmin azərbaycanlının gənclərdən birini yaraladığı və sonradan bir neçə azərbaycanlının da davaya qoşulduğu bildirilir.

Rəsmi məlumatlara görə, qarın və döş nahiyələrindən bıçaq yarası almış 1989-cu il təvəllüdlü gənc ağır vəziyyətdə reanimasiyaya çatdırılıb. Tibbi müayinə zamanı yaralının sərxoş olduğu aşkarlanıb.

Sankt-Peterburq şəhər Daxili İşlər İdarəsindən bildirilib ki, azərbaycanlılardan biri saxlanılarkən milislər avtomatdan havaya güllə açıblar, digər azərbaycanlılarda isə travmatik silah tapılıb.

Xəbər lenti

Xəbər lenti