...

Azərbaycanda sabah yağıntılı hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 10 Mart 2011 13:14 (UTC +04:00)
Azərbaycan ərazisində sabah yağıntılı hava şəraiti hökm sürəcək.
Azərbaycanda sabah yağıntılı hava şəraiti hökm sürəcək

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan ərazisində sabah yağıntılı hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında martın 11-də hava şəraitinin buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 11-də hava şəraitinin, əsasən gecə və axşam arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Xəbər lenti

Xəbər lenti