...

Fransada tərkibində ermənilərin olduğu cinayətkar dəstə həbs edilib

Cəmiyyət Materials 12 Mart 2011 12:18 (UTC +04:00)
Ermənilərin iştirakı ilə növbəti qalmaqallı insident Fransada baş verib. Bu barədə Trend "Qraparak" qəzetinə istinadən məlumat verir. Nitsa şəhərində tərkibində ermənilərin də olduğu 7 nəfərdən ibarət cinayətkar qruplaşma həbs edilib.
Fransada tərkibində ermənilərin olduğu cinayətkar dəstə həbs edilib

Azərbaycan, Bakı, 12 mart /Trend/

Ermənilərin iştirakı ilə növbəti qalmaqallı insident Fransada baş verib. Bu barədə Trend "Qraparak" qəzetinə istinadən məlumat verir. Nitsa şəhərində tərkibində ermənilərin də olduğu 7 nəfərdən ibarət cinayətkar qruplaşma həbs edilib.

Bununla yanaşı, "Nis-maten" ("Nitsa səhəri") qəzetinin yazdığına görə, qruplaşmanın tərkibinə Nitsanın erməni icmasından nüfuzlu şəxs də daxildir. Fransa polisi cinayətkarların adlarını hələlik açıqlamayıb. Polisin məlumatına görə, qruplaşma saxta pul kəsməklə məşğul olub. Qruplaşma 100 mindən çox saxta avronu satıb.

Xəbər lenti

Xəbər lenti