...

Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək

Cəmiyyət Materials 17 Mart 2011 11:58 (UTC +04:00)
Azərbaycanda 18 martda mülayim hava şəraitinin davam edəcəyi gözlənilir.
Azərbaycanda havanın temperaturu nisbətən yüksələcək

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 18 martda mülayim hava şəraitinin davam edəcəyi gözlənilir. Bu barədə cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, havanın temperaturu gecə 4-6, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da cümə günü hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək, havanın temperaturu gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti