...

Bakı yol polisi sürücülərə xəbərdarlıq edir

Cəmiyyət Materials 17 Mart 2011 14:26 (UTC +04:00)
Bakıda Novruz bayramı münasibətilə keçiriləcək bayram şənlikləri ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakı yol polisi sürücülərə xəbərdarlıq edir

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda Novruz bayramı münasibətilə keçiriləcək bayram şənlikləri ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov cümə axşamı Trend-ə bildirib ki, martın 19-u və 20-də bayram tədbirlərinin keçiriləcəyi ərazilərdə nəqliyyatın hərəkəti dayandırılacaq.

Niyazi, İstiqlaliyyət küçələri, Qoşa Qala qapısı, Əziz Əliyev küçəsi, Dənizkənarı Bulvar boyunca Neftçilər prospekti ilə Azneft dairəsi və əks istiqamətlə Azadlıq meydanı, Üzeyir Hacıbəyov küçəsi, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsində avtomobillərin saxlanması qadağan olunacaq.

Bu istiqamətlərə çıxan digər küçə və prospektlərdən bütün avtomobillərin istiqaməti dəyişdiriləcək.

Bayram tədbirlərinin keçirildiyi vaxtlar qeyd olunan küçələrdə avtomobillər üçün duracaq yeri təyin edilmədiyindən yol polisi vətəndaşlardan ictimai nəqliyyatdan yararlanmalarını tövsiyyə edir.

Yol polisi sürücülərdən alternativ yollardan istifadə etmələrini, Dənizkənarı Bulvar istiqamətinə şəxsi avtomobilləri ilə mümkün qədər az gəlmələrini xahiş edir.

Xəbər lenti

Xəbər lenti