...

Bütün Qafqazın şeyxi Şimali Osetiya müsəlmanlarının V qurultayında iştirak edib

Cəmiyyət Materials 17 Mart 2011 16:35 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə cümə axşamı Şimali Osetiya müsəlmanlarının V qurultayında iştirak edib.
Bütün Qafqazın şeyxi Şimali Osetiya müsəlmanlarının V qurultayında iştirak edib

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir T.Hacıyev/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə cümə axşamı Şimali Osetiya müsəlmanlarının V qurultayında iştirak edib. Bu barədə Trend-ə Vladiqafqazdan telefonla QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Qurultayda Hacı Murad Qaçsalov Şimali Osetiyanın yeni müftisi seçilib. Qaçsalovun namizədliyini Allahşükür Paşazadə də dəstəkləyib.

Allahşükür Paşazadə qurultayda çıxışı zamanı Dağlıq Qarabağ probleminə toxunub. Bildirib ki, Qafqazda ümumi sülhə nail olmaq üçün Dağlıq Qarabağ porblemi həll olunmalıdır.

"Atəşkəs rejiminin olmasına baxmayaraq, Ermənistan yenə qan tökür", - Paşazadə deyib.

Xəbər lenti

Xəbər lenti