...

"Gəncə" klubunun baş məşqçisi istefaya göndərilib

Cəmiyyət Materials 18 Mart 2011 19:26 (UTC +04:00)
Gəncə Peşəkar Futbol Klubunun baş məşqçisi Fuad İsmayılov istefa verib.
"Gəncə" klubunun baş məşqçisi istefaya göndərilib

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir M.Əliyev/

"Gəncə" Peşəkar Futbol Klubunun baş məşqçisi Fuad İsmayılov istefa verib. Bu barədə cümə günü Trend-ə klubun prezidenti Elmir Əliyev məlumat verib. Onun sözlərinə görə, doğma meydanda Zaqatalanın Simurq komandasına 0:1 hesabı ilə məğlub olduqdan sonra "Gəncə"nin baş məşqçisi bu postdan getmək barədə qərar verib.

Əliyev artıq İsmayılovun ərizəsinin qəbul olunduğunu, onun yerinə isə yeni baş məşqçinin təyin olunduğunu bildirib. "Gəncə" klubunun prezidentinin sözlərinə görə, komandaya Mehman Allahverdiyev rəhbərlik edəcək.

"Oyundan sonra Fuad İsmayılovla görüşüb söhbət etdik. Ardıcıl ikinci məğlubiyyət i və son dövrlər klubun uğursuzluqlarını nəzərə alaraq , o , istefa verdi. Onun yerinə isə biz Mehman Allahverdiyevi təyin etdik" , - Əliyev əlavə edi b .

Xəbər lenti

Xəbər lenti