...

Azərbaycanda aprel ayı üçün hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 29 Mart 2011 15:53 (UTC +04:00)
Azərbaycanda apreldə havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər aşağı olacağı gözlənilir.
Azərbaycanda aprel ayı üçün hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda apreldə havanın orta aylıq temperaturunun iqlim normasından bir qədər aşağı olacağı gözlənilir. Bu barədə çərşənbə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Ölkə ərazisində aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun iqlim normasından 1-2 dərəcə aşağı, yəni 9-11 dərəcə isti təşkil edəcəyi gözlənilir (gecələr 4-9 dərəcə isti, gündüzlər 12-16 dərəcə isti proqnozlaşdırılır).

Azərbaycan regionlarında da havanın temperaturunun iqlim normasından 1-3 dərəcə aşağı düşəcəyi gözlənilir. Regionlarda aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Azərbaycanın şimal bölgələrində temperaturun gecələr 2-7 dərəcə isti, gündüzlər 10-15 dərəcə isti, cənub bölgələrində gecələr 3-8 dərəcə isti, gündüzlər 12-17 dərəcə isti, Mərkəzi Aranda gecələr 4-9 dərəcə isti, gündüzlər 13-18 dərəcə isti, Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda gecələr 3-7 dərəcə isti, gündüzlər 12-17 dərəcə isti, Yuxarı Qarabağda gecələr 1-4 dərəcə isti, gündüzlər 7-11 dərəcə isti, Naxçıvan Muxtar Republikasına gecələr 2-7 dərəcə isti, gündüzlər 15-18 dərəcə isti gözlənilir.

Xəbər lenti

Xəbər lenti