...

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsində İsrail jurnalistləri ilə görüş olub

Cəmiyyət Materials 29 Mart 2011 18:12 (UTC +04:00)
İsraildən olan bir qrup jurnalist Azərbaycana səfər çərçivəsində çərşənbə axşamı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsində olublar. Bu barədə Trend-ə komitədən məlumat verilib
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsində İsrail jurnalistləri ilə görüş olub

Azərbaycan, Bakı, 29 mart /Trend/

İsraildən olan bir qrup jurnalist Azərbaycana səfər çərçivəsində çərşənbə axşamı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsində olublar. Bu barədə Trend-ə komitədən məlumat verilib.

Görüşdə dövlət komitəsinin sədri Nazim İbrahimov Azərbaycanla İsrail arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycanla İsrail arasında münasibətlərin dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını İbrahimov bunun Azərbaycan və yəhudi xalqlarının dost və qardaş münasibətlərindən qaynaqlandığını vurğulayıb.

"Azərbaycana gəlişimizdən bəzi bədxahların son dərəcə azğınlaşması bizim bu səfərimizin mühüm əhəmiyyət kəsb etməsindən xəbər verir", - İsrail publisisti və ictimai xadim Aviqdor Eskin israilli jurnalist qrupunun Azərbaycana səfəri ilə bağlı Ermənistan mətbuatında dərc olunan tənqidi məqalələrə işarə edərək bildirib. Eskin kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşdə diqqəti Xocalı soyqırımını törətmiş cinayətkarların cəzalandırılmalı olduqlarına yönəltdiklərini söyləyib.

İsrailli jurnalistlərdən biri Azərbaycana səfərləri çərçivəsində Qubaya gedəcəklərini və orada erməni daşnak qruplaşmaları tərəfindən 1918-ci il mart qırğınların zamanı kütləvi surətdə qətlə yetirilmiş azərbaycanlıların məzarlığını ziyarət edəcəklərini qeyd edib. Nazim İbrahimov Qubada aşkarlanan məzarlıq barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün işlərin aparıldığını, həmin məzarlığa həsr olunmuş kitab və digər nəşrlərin çap olunduğunu söyləyib. Quba məzarlığıma həsr olunmuş kitab İsrail jurnalistlərinə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti