...

Azərbaycanda qanunsuz ov edən 60-dan çox şəxs saxlanılıb

Cəmiyyət Materials 30 Mart 2011 10:35 (UTC +04:00)
Azərbaycanda qanunsuz ov edən 61 nəfər saxlanılıb. Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çərşənbə günü yaydığı məlumatda bildirilir.
Azərbaycanda qanunsuz ov edən 60-dan çox şəxs saxlanılıb

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda qanunsuz ov edən 61 nəfər saxlanılıb. Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çərşənbə günü yaydığı məlumatda bildirilir. Qanun pozucularından 61 ov silahı, 229 patron götürülüb.

Nazirliyinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı onların Altıağac, Ağgöl, Hirkan, Şirvan, Şahdağ milli parklarının, Qızılağac, Zaqatala, İlisu dövlət təbiət qoruqlarının, həmçinin Samux, Qırmızıkənd, Zəvvar, Sarısu, Mahmudçala, Ağzıbir, Uludüz ovçuluq təsərrüfatlarının ərazisində qanunsuz ov etdikləri müəyyənləşdirilib.

Qanun pozucularına qarşı ümumilikdə, 52 600 manat məbləğində cərimə tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti